Əlaqə Arxiv
news Image
2014.02.10
09:20
| A A A
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaq
Bu il Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaq. Movqe.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov məlumat verib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin plan üzrə getdiyini vurğulayan Q.Nəzirov bildirib ki, bu il Bakıdan Türkiyəyə ilkin olaraq işçi qatarın yola salınması planlaşdırılır. "İlin sonuna nəzarət qatarını sərhədə qədər göndərə biləcəyik. Gələn ildən isə dəmir yolunun tam istismara verilməsi gözlənilir. Əlverişsiz hava şəraitinə baxmayaraq tikinti işləri Gürcüstanın Marabda-Axalkalaki sahəsində davam etdirilir. Axalkalaki stansiyasının da tikintisi aparılır".
Relyefdən asılı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun layihə üzərində bir neçə dəfə dəyişiklik edildiyini deyən Qurban Nəzirov bu səbəbdən yolun tikintisində bəzi gecikmələr olduğunu bildirib. Görülən işlər nəticəsində dəmir yolu istismara verildikdən sonra qatarlar hava şəraitindən asılı olmayaraq normal hərəkət edə biləcəklər. 
Sizin Reklam Yeriniz