news Image
2014.02.10
10:22
| A A A
Hava isinəcək

Bu gündən Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi,lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Bakıda və  Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 10-da hava gündüz əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Havanın temperaturu Aran rayonlarında gecə 0-3 dərəcə şaxta, gündüz 6 -10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 1-6 dərəcə isti olacaq.