Əlaqə Arxiv
news Image
2014.02.10
14:07
| A A A
Oqtay Şirəliyevlə görüşmək istəyənlərin nəzərinə!
Oqtay Şirəliyev İmişli rayonunda vətəndaşları qəbul edəcək. Movqe.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Səhiyyə Naziri Oqtay Şirəliyev fevralın 11-də saat 13:00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir İmişli rayon vətəndaşları ilə yanaşı ətraf rayonlardan olan Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli rayon sakinlərini də qəbul edəcək. Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək.  Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi rayon xəstəxanasına müraciət edə bilərlər. 
Sizin Reklam Yeriniz