Əlaqə Arxiv
news Image
2014.02.10
16:33
| A A A
Azərbaycanda intiharın qarşısını almaq üçün "İnam telefonu"

İnsanın öz canına qəsd etməsi günah sayılsa da, bu günah əməli icra edənlərin sayı demək olar ki, hər gün artır. Artıq gün ərzində iki-üç intihar hadisəsi eşitməyə qulağımız bir növ adətkar olub. Bu gün Cəlilabadın Əliqasımlı kəndində qeydə alınan intihar xəbəri tükürpədici oldu. 1990-cı il təvəllüdlü kənd sakini Quliyeva Xədicə Lətafət qızı ov tüfəngindən atəş açaraq intihara cəhd edib. Qarın nahiyəsindən yaralanan gənc qız təclili olaraq Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiyaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.  Faktla bağlı Cəlilabad rayonu polis idarəsində araşdırma aparılır. Hələlik intiharın səbəbi bilinmir. İntihar hadisələrinin səbəbi çox vaxt gizli qalsa da, canına qıyanların bu günah əməli işlədərkən psixoloji yardıma ehtiyacı olduğu sirr deyil. Movqe.az Azərbaycanda intihar etmək fikrində olanlara psixoloji yardım mərkəzinin fəaliyyət göstərib-göstərmədiyini araşdırıb. Azərbaycan Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev Movqe.az-a açıqlamasında bildirib ki, Mərkəzdə "inam telefonu" psixoloji yardım almaq istəyənlərin xidmətindədir: "566 50 61 saylı telefon psixoloji yardım almaq istəyənlərə yardım edir. Amma çox təəssüf ki, bu nömrəyə intihara cəhd edənlər yox, ailəsində münaqişəsi olanlar zəng edir. Biz də onlara psixoloji yardım edirik.Özünü öldürmək istəyən adam bunu edir. Nömrə yığıb yardım üçün zəng etmir. Amma insanlar vaxtında bu telefona zəng etsələr bəlkə də, onlar intihar etmək məqamına gəlib çatmazlar. Biz psixoloji durumu yaxşı olmayanları Mərkəzə dəvət edib canlı görüşürük. Onlarla söhbət apararaq psixoloji yardım edilir. Bəziləri iş tapa bilmədiklərindən çarəsiz qaldıqlarını deyirik. Biz onları əmək birjalarına istiqamətləndirir, əlaqə qurmağa vasitəçi oluruq".

R. Salayev indiyədək "İnam telefonu"na 1000-dən çox zəng olunduğunu söyləyir. Deyir ki, onların içərisində nə qədərinin intihar etdiyini söyləmək mümkün deyil. Çünki, "İnam telefonu"  nun nömrəsini yığan şəxs dəstəyi asırsa hər şey bununla bitir. Mərkəz həmin insanla təkrar əlaqə saxlayıb yardım edə bilmir. 

Sizin Reklam Yeriniz