Əlaqə Arxiv
news Image
2014.02.10
18:49
| A A A
Bakıda yüz minlərlə insanın öləcəyi barədə proqnozların əsası varmı?
Bu gün baş verən zəlzələ ilə Amerikalı alimlərin qorxunc proqnozunu yada saldı

Bu gün rayonlarda və Bakıda baş verən güclü zəlzələnin bu yaxınlarda Amerika alimlərinin verdiyi dəhşətli proqnozla heç bir əlaqəsi yoxdur. ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinin proqnozlarına görə, Bakıda və Şamaxıda Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanında olacaq zəlzələnin baş vermə ehtimalı var. Lakin bu proqnozların haradan yarandığı məlum deyil. Zəlzələni əvvəlcədən proqnoz vermək bu günə qədər mümkün olmayıb. Yaxın gələcəkdə də, yeraltı təkanı əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil". 


Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun elmi məsələlər üzrə müavini Azay Rzayev ANS PRESS-ə açıqlamasında bildirib.


Onun sözlərinə görə, ola bilsin ki, amerikalı alimlər Azərbaycan ərazisində, eləcə də, Qafqaz ərazisində aparılan yer qabığının horizontal hərəkətlərinin sürətini ölçməklə əlaqədar bu fikri söyləyiblər. Lakin hələ indiyə qədər, bu məlumatlar əsasında zəlzələ proqnozu verilməyib. Bu əsasda yeraltı təkan baş verməsi barədə proqnoz vermək qeyri-müəyyəndir.


Ekspert açıqlamasında onu bildirib ki, bu gün baş verən zəlzələ, vaxtilə 2000-ci ildə paytaxtda qeydə alınana yeraltı təkanlar kimidir. "Bu zəlzələnin episentri Saatlı rayonundadır. Həmin ərazilərə yaxın rayonlarda yeraltı təkanlar daha güclü hiss olunub. Bundan sonra da, xırda zəlzələ avtorşokları olacaq. Onların bəziləri hiss olunacaq, bəziləri isə hiss olunmayacaq".


Azay Rzayev belə tip zəlzələlərdə heç bir qorxu olmadığını əlavə edib. Onun sözlərnə görə, ola bilsin ki, zəlzələ ocaqlarına yaxın ərazilərdəki evlərdə çatlar olsun. Lakin bu gücdə olan yeraltı təkanlar zamanı uçqun olmur.


Sizin Reklam Yeriniz