news Image
2014.02.10
19:47
| A A A
FHN-dən zəlzələ açıqlaması

Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.Movqe.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il tarixində saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı yoxdur.