19 QHT-yə 2 illik qadağa
Bu gün Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən verilən
məlumata görə, iclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı
müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən
müzakirələrə yekun vurub.Toplantıda xarici QHT-lərdən Şuraya daxil
olan layihələr, Şuranın 2014-cü il fəaliyyət planı, QHT-lərin
fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən
dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma
tədbirlərinin həyata keçirilməsi və Şuranın maliyyələşdirdiyi
xarici QHT-lərin layihələrinin monitorinqinin təşkili geniş
müzakirə edilib. Şura Katibliyinin icraçı direktoru F.Qurbanov
Şuranın elektron məlumat bazasına QHT-lər tərəfindən 484
daxilolmanın qeydə alındığını, onlardan 83-nün təqdim etdiyi
sənədlərdə çatışmazlıqlar aşkarlandığından seleksiyadan keçmədiyini
qeyd edib. Elektron bazada müxtəlif QHT-lərdən 61 təkrar daxilolma
faktı da qeydə alınıb. 340 təşkilatın layihəsi isə qiymətləndirilmə
üçün ekspertizaya göndərilib. Ekspertiza mərhələsində hər layihə
iki müstəqil mütəxəssis tərəfindən qiymətləndirilib. Şura əvvəlki
iclaslarda dəstəklənməsi qərara alınmış layihələr barədə büdcə
komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və
təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 217 QHT
layihəsinin maliyyələşdirilməsi haqqında yekun qərar qəbul edib.
Siyahı Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında
yerləşdiriləcək. İclasda apelyasiya komissiyasının yeni tərkibi
müəyyən edilərək ərizələrə baxılması proseduru nəzərdən keçirilib.
Apelyasiya komissiyasında ərizələr 15 fevral 2014-cü il saat
17.00-dək qəbul ediləcək.
Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr müzakirə edilib. A.Quliyev Belçika və Gürcüstan QHT-ləri tərəfindən Şuraya iki layihə təqdim olunduğunu bildirərək onlar haqqında ətraflı məlumat verib. Gürcüstan QHT-sinin layihəsi işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması, Belçika təşkilatının layihəsi isə Azərbaycanda qadınların hüquq bərabərliyinin Avropada tanıdılmasından bəhs edir. Müzakirələrdən sonra Şura üzvləri hər iki layihənin maliyyələşməsi haqqında qərar qəbul ediblər.
İclasda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili geniş müzakirə edilərək Şuranın hüquq və monitorinq komissiyasının yaradılması barədə də qərar qəbul edilib.
Toplantıda Şuranın 2014-cü il fəaliyyət planı və dəstəklədiyi xarici QHT-lərin layihələri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak üçün Şura əməkdaşlarının səfərlərinin maliyyələşdirilməsi ilə də bağlı qərar qəbul olunub.
Cari məsələlərin müzakirəsində Şura ilə müqavilə öhdəliklərini pozan 19 təşkilatın qurumun Əsasnaməsinin 2.3.10-cu bəndinə uyğun olaraq 2 il müddətinədək layihələrinin maliyələşdirilməsindən imtina edilməsi, 10 QHT-yə isə xəbərdarlıq edilməsi qərara alınıb.
Toplantının sonunda Əlil Təşkilatları İttifaqının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında göstərdiyi xidmətlərə görə Şura sədri A.Quliyevə "Əlilliyi olan şəxslərin dostu" mükafatı təqdim edilib.