Ölkədə qriplə bağlı son vəziyyət açıqlandı-Özəl
Nəzifə Mürsəlova: "Yanvar ayının 20-dın sonra xəstəliyə yoluxanların sayı azalıb"
Azərbaycanda kəskin respirator xəstəliyə
yoluxanların sayı azalıb. Bu məlumatı Movqe.az-a açıqlamasında
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin (RGEM) RGEM-nin Hava damcı infeksiyaları
bölməsinin rəisi Nəzifə Mürsəlova verib. N. Mürsəlova bildirib ki,
yanvar ayında əhali arasında kəskin respirator xəstəliyin yayılması
halı artıb: "Amma yanvar ayının 20-dın sonra xəstəliyə yoluxanların
sayı azalıb. Müraciət edən xəstələrdən götürülən analizlər
Respublika Taun Əleyhinə Stansiyada laborotoriyada yoxlanılır.
Hələki qrip virusunun hansısa növü təsdiqlənməyib. Hazırda əhali
arasında yayılmış xəstəlik kəskin respirator
infeksiyadır".
N. Mürsəlova bildirib ki, xəstəliyin uzun müddət çəkməsi isə kəskin respirator xəstəliyə yoluxanların yataq şəraitində olmaması, ictimai nəqliyyatdan istifadə edərək təkrar xəstəliyə yoluxması ilə əlaqədardır: "Bu xəstəliyin qısa müddətdə sağalması üçün xəstə yataq rejimindən qalxmaqdır. Əgər yataq rejiminə əməl olunmursa, bu xəstəliyin yayılmasına və şiddətlənməsinə səbəb olur. Bu cür xəstələr çalışmalıdırlar ki, tam sağalanadək yataq rejimində olsunlar".