news Image
2014.02.11
12:24
| A A A
Söküləcək evlərə kompensasiyanın verilməsində fərdi yanaşmalar olacaq-Özəl
"Ümumi həyətlərdə ayaqyolu, san-qovşaq üstə narazılıq yaranır ki, hamı həmin sahənin özününkü olduğunu iddia edir"

Yasamalda söküləcək evlərə kompensasiyanın verilməsində fərdi yanaşmalar olacaq. Bu sözləri Movqe.az-a açıqlamasında Yasamal rayon İcra Hakimiyyətində söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü İmaməli Mahmudov söyləyib. İ. Mahmudov bildirib ki, kompensasiyanın hər kvadrat metrə 1500 manatdan verilməsi nəzərdə tutulub. Amma bununla belə çox az sahəsi olanlara bəzi fərdi yanaşmalar ola bilər: "Elə evlər var ki, sahəsi 12 kv metrdir. Ola bilər ki, onlara konpensasiya bir qədər artıq hesablansın. Amma kiminsə narazı salınmasından söhbət gedə bilməz. Komissiyada Maliyyə Nazirliyinin də nümayəndələri olacaq. Kimin nə iradı varsa, təkrar komissiyaya müraciət edə bilər. Hazırda saat 4-dən 7-dək 1-ci mərhələdə evi söküləcək sakinlər icra hakimiyyətinə dəvət edilir. Amma hamı başa düşməlidir ki, bu söküntü kommersiya məqsədi daşımır. Nəzərə alsınlar ki, sökülən ərazidə yol genişlənəcək, park və yeraltı qaraj tikiləcək. Bu dövlət tədbiridir".

İ. Muradov hələ indidən bəzi narazılıqların olduğunu da söylədi. Onun sözlərinə görə, ümumi həyətlərdə ayaqyolu, san-qovşaq üstə narazılıq yaranır ki, hamı həmin sahənin özününkü olduğunu iddia edir: "Amma təbii ki, işçi qrupu  narazılıq yaranarsa, əraziyə təkrar baxş keçirir"