news Image
2014.02.11
14:35
| A A A
Çağırışçılar hərbi hissələrə yeni avtobuslarla daşınacaq

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayonlardan çağırışçıların hərbi hissələrə daşınması üçün yeni avtobuslar alıb.  Movqe.az-ın məlumatına görə, bu gün xidmətin aldığı yeni avtobusların təqdimatı keçirilib. Xidmət rəisi, general-leytenant Arzu Rəhimov alınan yeni avtobuslara baxıb. Ona məlumat verilib ki, Türkiyənin "Otokar" firmasının istehsalı olan 30 ədəd "Otokar Tempo" avtobusları Azərbaycana gətirilib. 28 yerlik avtobuslar xidmətin rayonlardakı şöbələrinə veriləcək. Xidmət üçün yeni avtobusların gətirilməsi davam edəcək.