Əlaqə Arxiv
news Image
2014.02.11
16:37
| A A A
Keyfiyyətsiz serial çəkən telekanallara bu il pul ayrılmayacaq-Özəl

"Telekanallara serial çəkilişi üçün vəsait ayrılarkən keyfiyyət məsələsinə ciddi nəzarət olunacaq.  Serial çəkilişində ciddi nöqsanlara  yol verən telekanallara təbii ki, yenidən serial çəkilişi üçün vəsait ayrılmayacaq".

Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. T. Məmmədov bildirib ki, hər il telekanallara serial çəkilişi üçün vəsait ayrıldıqda keyfiyyət məsələsi nəzərə alınır: "Hər il serial çəkilişinə vəsait ayrılarkən serialların keyfiyyəti nəzərə alınır. Bu il də təbii ki, belə olacaq. Keyfiyyətli məhsul təqdim edən telekanallar serial çəkilişi üçün yenidən vəsait alacaqlar". 

T. Məmmədov onu da bildirib ki, serial çəkilişləri üçün pulun prodakşınlara ayrılması hələki gündəmdə deyil.

    

Sizin Reklam Yeriniz