Əlaqə Arxiv
news Image
2014.02.11
22:54
| A A A
Deputata uşaq pornosu ittihamı

Almanyada Hannover Məhkəməsinin , 4 gün əvvəl deputatı vəzifəsindən ayrılan Sosial Demokrat Partiyalı ( SPD) Sebastian Edathy haqqında istintaq başlatdığı bildirilib.


Movqe.Az xəbər verir ki, Prokurorluq spikeri Kathrin Söfker , Sebastian Edathy haqqında istintaq başladıldığını təsdiqləyib, lakin istintaq davam etdiyi üçün şərh verilməyəcəyini söyləyib.


Polisin , Edathynin Rehburg şəhərindəki evinin yanında Nienburg və Stadthagen şəhərlərində və Berlindəki ofislərində axtarış etdiyi deyilib. Axtarışlarda dəlillərin ələ keçirildiyi qeyd edilib.


Uşaq pornoqrafiyasına malik olması iddiasıyla evində və ofislərində axtarış edildiyi deyilən Edathy , soaial paylaşma saytı Facebookdan etdiyi şərhdə , uşaq pornografisıyla əlaqədar yazılara sahib olması və ya bunları təmin etdiyi iddiasının yalan olduğunu bildirib.



SPD Federal Məclis Üzvü Christine Lambrecht , Edathy haqqındakı iddialardan ötəri çaşmış olduqlarını bildirərək , ittihamların çox ağır olduğunu qeyd edib.


Hindistan mənşəli Edathy , sağlamlıq vəziyyətini səbəb göstərərək cümə günü deputatlıq vəzifəsindən ayrıldığını açıqlamışdı.

Sizin Reklam Yeriniz