news Image
2014.02.11
19:06
| A A A
Azərbaycanda dəhşətli sevgi intiharı – TƏFƏRRÜAT

Bu gün Kürdəmir rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata Kürdəmir şəhərində, dəmir yolu stansiyasının yaxınlığındakı müşahidə qülləsinə çıxan gənc oğlan özünü hündürlükdən atıb. Təxminən 30-35 metr hündürlüyü olan qüllədən atılan oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb. İntihar edən oğlan 1995-ci il təvəllüdlü Şıxəliyev Azad Xasay oğludur. O sevdiyi qıza görə günorta saatlarında qülləyə çıxıb və qışqıraraq özünü atacağını deyib. Ətrafa xeyli insan toplaşıb, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də əraziyə cəlb edilib. Lakin danışıqlar nəticə verməyib. Daha sonra A.Şıxəliyevin sevdiyi qız da hadisə yerinə gəlib. Həmin qız da qülləyə çıxaraq Azadla danışmağa çalışıb. Lakin gənc oğlan inadından dönməyib və özünü yerə atıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.