Əlaqə Arxiv
news Image
2014.02.11
19:09
| A A A
Çörəyin içindən kafel qırığı çıxdı- VİDEO
Xaçmazın Ağtala kənd sakini 68 yaşlı Əhməd İskəndərov 3 gün əvvəl Nərəcan kəndindəki mağazadan aldığı çörəyin icindən təxminən 4-5 sm uzunluğu olan kafel parçası tapıblar. Ailə üzvləri çörəyi yaxşı yemədiklərinə sevinərək magazaya üz tutublar .Əhməd kişi ilə birgə Nərəcan kəndindəki həmin mağazaya yollandıq. Təbii ki, mağaza sahibi gəlişimizi xoş qarşılamadı. Mağaza sahibi Şahin Qeybullayevin fakta münasibəti isə belə oldu. Mağaza sahibi, Şahin Qeybullayev: "Ona mən cavabdeh deyiləm hər gələn çörəyi analizdən keçirməli deyiləm ki".
Bu cavadan sonra isə şikayətçi ilə çörəyin bişirildiyi Xaçmaz şəhərindəki Paknur çörəkbişirmə müəssisəsinə gəldik. Amma bu müəssisədə də Əhməd kişini top - tüfənglə qarşıladılar. Müəssisənin məsul nümayəndəsi İlham Allahverdiyev şikayətçidən ona çörəyi bütöv gətirməyi tələb etdi və bunu özlərinə şantaj saydı. Məsul nümayəndə ANS-ə açıqlamasında bunu onlarla rəqabət aparan digər müəssisələrin təxribatı da adlandırdı.
Sizin Reklam Yeriniz