news Image
2014.02.12
09:57
| A A A
Bakıda bu gün və sabah bu yollar bağlanacaq

Nəqliyyat vasitələrinin sahiblərinə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edilir. Movqe.az xəbər verir ki, 12-13 fevral tarixində Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsindən və Dövlət Yol Polisi İdarəsi bildirir ki, Bakı – "Heydər Əliyev adına Hava limanı" yolunda, "Heydər Əliyev", "Azadlıq", "Neftçilər", "İnşaatçılar", "Parlament", "Hüseyn Cavid" və "Tbilisi" prospektlərində, Azneft meydanında, "Yusif Səfərov", "Üzeyir Hacıbəyli", akademik "Zərifə Əliyeva", "Rəsul Rza", "Niyazi", "Teymur Elçin", "Y.Lermontov", "Vaqif", "A.Bakıxanov", "Koroğlu Rəhimov" küçələrində hərəkət məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan və ya ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edilir.