Əlaqə Arxiv
news Image
2014.02.12
10:07
| A A A
Bakıda 8-9 bal gücündə zəlzələ ola bilər
Bakının Bayıl, Qaradağ rayonu, Milli parka yaxın əraziləri, bir sözlə Xəzər dənizinə yaxın qəsəbə və rayonlar seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu isə o deməkdir ki, ən güclü zəlzələ ocaqlarının mövcud olduğu Xəzər dənizindəki xırda bir təkan, həmin ərazilərdəki yaşayış binalarına təsirsiz ötüşməyəcək. Movqe.az anspress-ə istinadən xəbər verir ki, Respublika Seysmoloji xidmət mərkəzindən bildirirlər ki, bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin. Bütün bundar nəzərə alaraq köhnə və müasir binalarda seysmik təhlükəsizliyin təmin olunması üçün təkliflər planı hazırlanır. "Hündürmərtəbəli yaşayış binalarında seysmik davamlılığı müəyyən etmək üçün monitorinqlərin aparılması zəruri hesab edilir. Bunun üçünsə ilk növbədə Nəriman Nərimanov heykəli ətrafındakı yaşayış binalarında bu işin başlanması təklif olunur". 

Ölkədəki seysmik təhlükəsizlik sistemi ilə bağlı dövlət proqramı üzərində çalışan AMEA-nın Kibernetika institutunun direktoru Telman Əliyev, həmin ərazidəki binaların bir neçəsində lokal sistemlərin quraşdırılmasını vacib hesab edir. Onun fikrincə, paytaxtdakı zəif zəlzələlərdən sonra monitorinqlər vasitəsi ilə hündür binaların seysmodayanıqlılığının dəyişməsini mümkün etmək olar. Burda isə əsas məqsəd zəlzələnin vura biləcəyi zərəri əvvəlcədən minimuma endirməkdir. Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib. Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından da söz açdı. Şöbə müdiri, Telman Məmmədli: "Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər var ki, biz hansı ərahzilərdə yerləşən binaların 8-9 bala uyğun olduğunu üzə çıxara bilərik". 

Ölkədə güclü zəlzələnin baş verə biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından istənilən təbiət hadisələrinə hazırlıqlı olmaq lazımdır. Zəlzələ baş verərsə, qəzalı vəziyyətdə olan yaşayış binalarına girməmək tövsiyyə olunur. Çünki zəlzələnin avtoşokları zədələnmiş binanı daha da silkələyib dağıda bilər. Ona görə də ehtiyatı əldən verməmək lazımdır." 

Sizin Reklam Yeriniz