Əlaqə Arxiv
news Image
2014.02.12
12:25
| A A A
ABŞ-da böyük qar uçqunu olub

ABŞ-ın qərbində meydana gələn uçqun düşməsi nəticəsində 6 nəfər həlak olub. 


Movqe.Az xəbər verir ki, Oregon, Utah və Kolorado əyalətində, meydana gələn uçqun düşməsində, hər əyalətdən ən az iki nəfər olmaqla 6 nəfərin həlak olduğu bildirilib. Oregon əyalətindəki Baker County Ofisindən edilən şərhdə, 8 xizəkçinin olduğu yerdə yaşanan uçqun düşməsində, 2 nəfərin həlak olduğu, 2 nəfərin isə ağır yaralandığı qeyd edilib. 


Kolorado Avalanche Məlumat Mərkəzindən edilən şərhdə isə Koloradoda da 2 nəfərin ayrı yerlərdə və zamanda uçqun altında qalaraq can verdiyi deyilib.


Şərhdə həmçinin xalqa, uçqun mövzusunda diqqətli olmaları, uçqun ehtimalı olan ərazilərdə və ya ərazi altından səyahət etməmələri mövzusunda xəbərdarlıq edilib.

Sizin Reklam Yeriniz