news Image
2014.02.12
19:34
| A A A
Üzərində bomba partladı!
Movqe.Az xəbər verir ki, İraqın paytaxtı Bağdadın şimalındakı Samarra bölgəsində olan Cila kəndində İraq Şam İslam Dövləti ( IŞİD ) adlı terror təşkilatına bağlı bir təlimçi üzərindəki bombanın səhvən patlatması nəticəsində təlimçi daxil olmaqla 22 nəfər ölüb , 15 nəfər  yaralanıb. Səlahiyyətlilər , təlimçinin şəxsiyyətinin təsbit edilə bilmədiyini və qaçmağa çalışan səkkiz təşkilat üzvünün isə hadisə yerində həbs olunduğunu qeyd edib. Partlayıışın reallaşdığı düşərgəyə əməliyyat təşkil edən təhlükəsizlik gücləri , təşkilata aid bir çox patlayıcıyla yanaşı , ağır silahlar və ən az 10 ədəd partlamağa hazır bomba yüklü vasitə ələ keçirib. Yaşanan terror hərəkətləri səbəbiylə son beş ilin ən qanlı dövrünü yaşayan İraqda , yalnız ötən ay min nəfər həlak olub. Türkiyəni ötən həftə ziyarət edən İraq Məclis sədri Usamə Nuceyfi isə bazar ertəsi günü Mosulda hücuma məruz qalmışdı. Hücumdan yara almadan xilas olan Nuceyfinin mühafizəçilərindən altı adam yaralanmışdı.