Əlaqə Arxiv
news Image
2014.02.12
16:34
| A A A
Həmkarlar İttifaqlarının sədr müavininin həyat yoldaşını öldürəndən yeni xəbər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanı qətlə yetirməkdə təqsirləndirilən Əlaqif Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işi üzrə ittiham aktı istintaq orqanı tərəfindən təsdiq edilərək baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. Prosesin hazırlıq iclası isə fevralın 17-nə təyin edilib. Qeyd edək ki, ötən il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq qətlə yetirib. Ə.Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.İstintaq zamanı Əlaqif Abbasovun daha bir neçə evdən oğurluq etməsi müəyyən edilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib. Bundan əlavə onun "Bərəkət-98" firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.
Sizin Reklam Yeriniz