Əlaqə Arxiv
news Image
2014.02.12
18:03
| A A A
Dövlət Komitəsi: Bəzi məcburi köçkünlər hədə-qorxu gəlməklə ev almaq istəyirlər

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gün Gəncədə məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə əlaqədar məlumat yayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Gəncə şəhəri ərazisində 1500 ailəlik yeni salınmış şəhərciyə  məcburi köçkünlərin köçürülməsi aparılır və bu günə kimi 960 ailə köçürülüb: "Köçürülmə prosesi Dövlət Komitəsinin, Kəlbəcər rayon İcra Hakimiyyətinin, Kəlbəcər rayon Polis Şöbəsinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Polis Şöbəsinin nümayəndələrinin və məcburi köçkün icmalarının iştirakı ilə xüsusi yaradılmış komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə ailə tərkibinin sayı nəzərə alınmaqla yüksək şəffaflıq şəraitində həyata keçirilir: "Hazırda işlər uğurla davam etdirilir.  Lakin təəssüflər olsun ki, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə  müxtəlif qanunsuz yolla yerləşərək,  hədə-qorxu gəlməklə ev almaq istəyirlər. Bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, köçürülmə zamanı bu cür hallara yol verməsinlər və bu sahədə işlər tam nəzarətdə olduğundan bütün neqativ halların qarşısı alınacaq".

 

Qeyd edək ki, bu gün Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu 2001 və 2009-cu il təvəllüdlü övladları ilə Gəncə Dövlət Universitetinin yataqxanasının damına çıxaraq intihar edəcəyini bildirib. O,  ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirib. S. Məmmədov Fövqəladə Hallar Nazirliyi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı söhbətdən sonra niyyəti intihar etmək niyyətindən daşınıb.

Sizin Reklam Yeriniz