news Image
2014.02.13
09:45
| A A A
Yol qəzasında sürücünü xilasedicilər qutardı

Fövqəladə Hallar Nazirliyi (FHN) gecə saatlarında Abşeron rayonunda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.Movqe.a-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Opel" markalı minik avtomobili yolun kənarındakı yol ayırıcısına çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüb.