news Image
2014.02.13
10:45
| A A A
"Azadlıq" metrostansiyası yaxınlığında PARTLAYIŞ

Bu gün "Azadlıq" metrostansiyası yaxınlığında partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a verilən məlumata görə, 8-ci mikrorayonda, "Azadlıq prospekti" metrostansiyası yaxınlığında partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə xilasedicilər göndərilib. Yaxınlıqdakı şəxslərin bildirdiyinə görə, partlayışın gücündən yaxınlıqdakı binalar silkələnib.

 


Hadisənin hansı şəraitdə baş verdiyi, zərərçəkənlərin olub-olmadığı məlum deyil.

 

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, partlayışla bağlı stansiyaya məlumat daxil olub. Hazırda təcili yardım briqadaları hadisə yerinə çatmağa tələsirlər.