Əhali pulsuz müayinə və müalicə ediləcək-Eksklüiziv
Rauf Nağıyev : "Zərurət olarsa, dispanserizasiyadan keçənlərin xəstəliklərinin müalicəsi də dövlət hesabına aparılacaq"
Respublika üzrə əhalinin icbari dispanserizasiyası
aparılacaq. Bu məlumatı Movqe.az-a Bakı şəhəri Baş Səhiyyə
İdarəsinin rəis müavini Rauf Nağıyev verib. R. Nağıyev
bildirib ki, əhalinin icbari müayinəsinə fevralın 17-dən start
veriləcək. R. Nağıyev müayinələrin mart ayının 1-dək davam
edəcəyini bildirib. R. Nağıyevin sözlərinə görə, əhali qrupu
fevral ayının 17-dən etibarən icbari şəkildə tibbi
yoxlamalardan keçiriləcək: "Məqsəd əhalinin sağlamlığının
qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədi
daşıyır".
R. Nağıyev artıq ölkə üzrə tibb müəssisələrinin icbari dispanserizasiyaya hazır vəziyyətə gətirildiyini söyləyib. Onun sözlərinə görə, zərurət olarsa, dispanserizasiyadan keçənlərin xəstəliklərinin müalicəsi də dövlət hesabına aparılacaq.