Əlaqə Arxiv
news Image
2014.02.13
17:10
| A A A
Qazaxda və Gəncədə sahibkarlar üçün treninqlər keçirilib

Fevralın 13-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Tədbirdə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalı və s. barədə ətraflı məlumat verilmiş, "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" mövzusunda təqdimat keçirilmişdir. Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil qadınlar üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir. Tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə geniş məlumat iştirakçıların diqqətinə çatdırılmışdır. Qazax və Gəncədə keçirilmiş treninqlər zamanı sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumat verilmişdir. Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Sizin Reklam Yeriniz