Əlaqə Arxiv
news Image
2014.02.13
18:34
| A A A
Sabah Azərbaycan paytaxtında 10 dərəcə isti olacaq

Fevralın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşlki edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.


Səhər və axşam saatlarında duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

 

Fevralın 14-də hava şəraiti Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Əsasən şərq rayonlarında az yağın olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz