news Image
2014.02.13
17:52
| A A A
Biləcəri körpüsündə yük maşını aşıb, yol bağlanıb

Bu gün saat 16:30 radələrində Bakının Binəqədi rayonunda iri yük maşını aşıb. Movqe.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Biləcəri yolunda, körpünün girəcəyində baş verib. Qəza nəticəsində Biləcəridən Rəsulzadə qəsəbəsinə gedən yol tamamilə bağlanıb.


Hazırda həmin yolda dəhşətli tıxac yaşanır. Hadisəyə səbəb TIR-ın körpüdən keçə bilməməsi olub. Yük maşını körpüdən keçə bilməyib və sürücü təhlükəsizlik qaydalarına əməl etməyərək, maşını aşırıb.


Hazırda hadisə yerində Binəqədi rayon Polis İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi polisləri və Fövqəladə Hallar Nazirliyinin xilasedicilər işləyir.


Faktla bağlı araşdırma aparılır.