Əlaqə Arxiv
news Image
2014.02.13
17:54
| A A A
Daha bir partlayış Biləsuvarda: 2 ölü
Biləsuvarda güclü partlayış hadisəsi baş verib

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 16.30 radələrində şəhərin Heydər Əliyev prospektindəki köhnə "Kimya Birliyi " kimi  tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının  Kəngərli rayon sakini  Cəfərli  Şaiq Həsən oğluna məxsus   yanacaq daşıyan qoşqulu "KamAZ" markalı avtomobildə  qaynaq işləri aparılması  çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər  Biləsuvar rayon sakini, 1970 - ci il təvəllüdlü  Təzəxan Poladov isə  yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

 

Faktla bağlı rayon  hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz