news Image
2014.02.13
19:05
| A A A
Azərbaycanla İran arasında Birgə Komissiyanın iclası keçirildi

Birgə Komissiyanın iclasının sonunda Azərbaycan ilə İran arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində protokol imzalanıb

Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib. 


Nəqliyyat Nazirliyinin saytında verilən məlumata görə, müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair Sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.


Tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, "Azəryolservis" ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxaq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri də iştirak edib.


Birgə Komissiyanın iclasının sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Protokolu imzalanıb.


money.az currency