Əlaqə Arxiv
news Image
2014.02.13
19:07
| A A A
Göyçənin həsrətini çəkənlərə-Fotolar
XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri göllərdən biri olan Göyçə gölünün qış mənzərəsi yayılıb. Nə qədər ağrıdıcı olsa da o yerləri tanıyanlar, hətta tanımayanlar Göyçə adlı bir mahalın genetik düşüncəsini duymaq üçün bu şəkillərə baxmalıdır.
ANS PRESS-in verdiyi məlumata görə, dəniz səviyyəsindən 1926 metr yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olan Göyçə gölünün səthi 1400 kvadrat kilometrdir. Göyçə gölündə olan forel balığının dadını onun ətrafında 1988-ci ilədək yaşayan azərbaycanlılar yaxşı bilir.  Xatırladaq ki, Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kvadrat kilometr olub. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərəyələz, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verib.
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladır.  Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi bölgələri əhatə edib.


Sizin Reklam Yeriniz