Partlayış hadisəsi ilə bağlı cinayət işi açıldı
Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş
partlayış hadisəsi ilə bağlı cinayət işi açılıb. Movqe.az
xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri
Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda
yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə
bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət
Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma -
ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət
işi başlanıb. Qeyd edək ki, bu gün Bakının Xətai rayonunda Müdafiə
Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yaxınlığındakı
yanacaqdoldurma məntəqəsinin yeraltı qaz çənində qaz sızması
nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1
nəfər xəsarət alıb.