news Image
2014.02.14
12:41
| A A A
Məktəb bufetləri ilə bağlı şok faktlar açıqlandı

"Binəqədi rayonunda orta məktəblərdə məktəb bufetlərinə verilən ərzaq məhsulları real qiymətindən baha satılır. Həmçinin həmin məhsullar saya uyöun verilmir". Movqe.az xəbər verir ki, bu sözləri dünən Binəqədi Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunlarına dair keçirilən tədbirdə rayon icra başçısı Xaləddin İsgəndərov söyləyib. X. İsgəndərov bildirib ki, məktəblərə ərzaq məhsullarını üç şirkət verir: "Həmin şirkətlərin qiymətlə bağlı bəzilərində problem var. Təbii ki, monitorinq davam edir. Monitorinqin nəticələrinə dair tədbirlər görülür".