news Image
2014.02.14
17:44
| A A A
Serbiya və Azərbaycan arasında viza rejimi sadələşdiriləcək

Serbiya Azərbaycanla viza rejiminin sadələşdirilməsinə maraq göstərir. Movqe.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.

O, qeyd edib ki, bu məsələ iki ölkənin Xarici İşlər nazirlikləri arasında konsul məsləhətləşmələri zamanı müzakirə olunub.

Bir müddət əvvəl iki ölkə diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza rejimini sadələşdirib.

Diplomatın sözlərinə görə, ötən il Serbiyanın Azərbaycandakı səfirliyi tərəfindən 750-dən çox viza verilib.