Əlaqə Arxiv
news Image
2014.02.14
12:45
| A A A
ONU MƏN DƏ TANIYIRDIM...

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANI, MASALLININ TANINMIŞ KOLXOZ VƏ SOVXOZ QURUCUSU XALIQ QURBANOV HAQQINDA KİTAB ÇAPDAN ÇIXMIŞDIR.

"Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlıhüseyn Məmmədhüseyn oğlu Şükürovun  "Masallı Rayon İcra Hakimiyyəti"nin rəsmi saytına yazdığı xəbərə əsasən bu yaxınlarda Bakıda, "Adiloğlu" nəşriyyatında müharibə və əmək veteranı X.Qurbanov barəndə "Qaranlıqdan aydınlığa" adlı yeni kitab işıq üzü görmüşdür.160 səhifədən və 400 ədəd tirajdan ibarət olan bu təzə kitabın müəllifi şair Zakir Fəxridir.

 Xalıq İsmayıl oğlu  Qurbanov  1923-cü ildə Masallı rayonunun Qızılavar ərazi nümayəndəliyinin   Dəlləkoba kəndində anadan olmuşdur. Dəlləkoba kəndinin tanımış adamlarından biri olmuşdur. 1933-cü ildə Qızılavar kənd ibtidai məktəbinə daxil olur, 1937-ci ildə təhsilini Bədəlan kənd orta məktəbində davam etdirir.  1942-ci ildə səkkizinci sinfi bitirdikdən sonra könüllü şəkildə alman faşizminə qarşı II Dünya müharibəsi cəbhələrinə getmişdir. 

1944-cü il mayın 5-də müharibə əlili kimi ordudan tərxis olunub arxa cəbhəyə yola salınmışdır.

Xalıq Qurbanov əfsanəvi 18-ci orduda, sonralar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi  (1964  -  1982-ci illər) işləmiş Lejnid İliç Brejnevlə bir yerdə vuruşmuşdu...

1945-ci ildə Masallı şəhərində təşkil olunmuş üç ayliq mühasiblik kursunu bitirir.  1953-1955-ci illərdə Masallı axşam fəhlə-kəndli gənclər orta məktəbində təhsil alır.  1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zootexnik fakultəsinə daxil olmuş, 1962-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 


O, rayonun Qədirli (1945-1946), Bədəlan (1946-1947, 19559-1962), Ərkivan (1947-1950), Tatyan (1950-1955), Qızılavar (1955-1959) kolxozlarında baş mühasib vəzifələrində işləmişdir. 1962-1964-ci illərdə Bədəlan kəndində kolxoz sədri işləmişdir.

X.Qurbanob 1964-cü ildən 1992-ci ilə kimi M.F.Axundov adına sovxoz sədri işləmişdir. Onun rəhbərliyi dövründə M.F.Axundov adına sovxoz dəfələrlə Sov.İKP MK-nın, SSRİ Nazirlər sovetinin, Azərbaycan KP MK-nın, Respublika Nazirlər sovetinin, Həmkərlar İttifaqı və komsomolun keçici Qırmızı Bayraqlarını almış, SSRİ kənd Təsərrüfatı Nazirliyinin xatirə bayrağına, SSRİ xalq Təsərrüfatı sərgisinin Qızıl medalna fəxri fərmanlarına və mükafatlarına layiq görülmüş, rayonda hər il keçirilən "Məhsul Bayramlarının" fəallarından olmuşdur. "Döyüş şöhrəti", " Birinci dərəcəli Vətən Müharibəsi", "İkinci dərəcəli Vətən Müharibəsi", "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu", " Qırmızı  bayraq", "Oktyabr inqilabı" ordenlərinə, "Lenin yubleyi", "Əmək igidliyinə görə", "Qafqaz müdafiəsinə görə" medallarına, həmçinin Böyük Vətən müharibəsinin 10, 20, 30, 40, 50- illik yubley medalları, fəxri döş nişanları ilə təltif olunmuş, saysız-hesabsız Fəxri fərmanlar, qöymətli hədiyyələr layiq görülmüşdür. O Masallı Rayon Partiya Komitəsinin plenumunun üzvü, Masallı Rayon Sovetinin deputatı və Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü olmuşdur. 

1999-cu ildə bu8 dünyaya əbədi vida demişdir  -  doğma kəndində vəfat etmişdir...

Qeyd edək ki,  "Qaranlıqdan aydınlığa" kitabının ön söz müəllifi AMEA - nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli, redaktoru Saday Budaqlı və nəşriyyat direktoru İlahə Hidayətqızıdır.


Xalıq əmini mən də tanıyırdım.O, təkcə biz komsomol, partiya rəhbərlərinə nümunə deyildi; onun həyatı bütöv Masallıya, masallılara nümunə idi.İndi o yolu Xalıq əminin övladları  - 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarənin rəisi, general-mayor  Subahir  Xalıq oğlu,

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərpoçt MMC-nin Masallı Poçt Filialının rəisi Mahir müəllim,

Azərbaycan Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini, Tibb elmləri doktoru, professor Şair həkim...

şərəflə, ləyaqətlə, ad - sanla, hərmət - izzətlə doğrultmağa çalışırlar.

Sizə həyatda cfnsağlığı arzulayırıq...

 

Yeni kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


ƏLİHÜSEYN SÜKÜROV.

Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü.

Sizin Reklam Yeriniz