news Image
2014.02.14
12:00
| A A A
Murmanskda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd olunub

Murmansk şəhərində, Azərbaycan Demokratik Respublikasının banisi, görkəmli dövlət xadimi və drammaturq Məhımməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd edilib. Yubiley gecəsində regionun ictimai və siyasi xadimləri, milli diaspor və KİV nümayəndələri iştrak ediblər. Tədbir çərçivəsində dövlət xadiminin həyatının müxtəlif dövrlərini ehtiva edən sərgi təşkil edilib.

Gecənin açılışını Murmansk vilayətinin İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycan Konqresinin reqional şöbəsinin sədri Afil Hüseynov edərək, tədbirə gələnlərə görkəmli azərbaycanlının həyat yolundan danışıb.

Onu da qeyd edək ki, Murmansk vilayətinin ÜAK regional şöbəsi, M.Ə.Rəsulzadəyə həsr edilmiş məqalələr hazırlayaraq, Murmansk vilayət hökümətinin rəsmi internet səhifəsində çap etdirib.


ƏLİHÜSEYN ŞÜKÜROV.

"Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü.