news Image
2014.02.15
20:36
| A A A
Türkiyə Afrikaya qoşun göndərə bilər
Avropa Birliyi Türkiyəndən Mərkəzi Afrika Respublikasına qoşun göndərməsini istəyib. Movqe.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı iclas keçirilib. Brüsseldə keçirilən iclasda MAR-a ediləcək hərbi əməliyyatlarda hansı ölkələrin iştirak etməsi müzakirə mövzusu olub. Avropa Birliyi Türkiyədən hərbi dəstək istəyib. Hətta mövzu ilə əlaqədar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Türkiyə xarici işlər naziri Əhməd Davudoğluna məktub ünvanlayıb.