Əlaqə Arxiv
news Image
2014.02.15
20:57
| A A A
Türk yazıçısı erməni qəzetinə məktub göndərib
Ayşe Kulin CNNTürk telekanalında 1915-ci il “erməni soyqırımını” inkar edərək bildirib ki, ermənilər həmin dövrdə sakit durmadığına görə onları məhv elədik Türkiyənin məşhur yazıçısı Ayşe Kulin İstanbulda nəşr edilən "Akos" erməni qəzetinə məktub göndərib. Movqe.az Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı "Akos" qəzeti yayıb. Xatırladaq ki, yazıçı Ayşe Kulin CNNTürk telekanalında 1915-ci il "erməni soyqırımını" inkar edərək bildirib ki, ermənilər həmin dövrdə sakit durmadığına görə onları məhv elədik. Yazıçı öz məktubunda yazıb ki, Osmanlı imperiyası zamanı türklərlə ermənilər müharibə şəraitində yaşayırdılar və təbii ki, istənilən müharibədə hər iki tərəfdən insan tələfatı olmalı idi. İstanbulda nəşr edilən "Akos" erməni qəzeti isə türk yazıçısının bu məktubunu "üzr istəyib" başlığı ilə bütün dünyaya yayıb. Əslində isə Ayşe Kulin ermənilərə bir daha demək istəyib ki, 1915-ci ildə ermənilərin qırılması onların dinc durmamaları ilə əlaqədardır. Ermənilərə məxsus change.org saytı isə türk yazıçısına qarşı petisiya hazırlayıb və bəyan edib ki, bundan sonra Ayşenin kitablarını oxumayın.
Sizin Reklam Yeriniz