Əlaqə Arxiv
news Image
2014.02.16
14:21
| A A A
Ukraynada müxalifət Kiyev Şəhər Administrasiyasının binasını boşaldıb
"Avromaydan" fəalları iki ay yarım əvvəl ələ keçirdikləri Kiyev Şəhər Administrasiyasının binasını fevralın 16-da səhər boşaldıblar. Movqe.az-ın "Agence France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu addım aksiyalar zamanı saxlanmış 234 müxalifətçinin hamısının Ukrayna hakimiyyəti tərəfindən azad edilməsinə cavab olaraq atılıb. Bununla, hakimiyyət və müxalifət Ali Rada tərəfindən yanvarın 29-da qəbul edilmiş "Amnistiya haqqında" qanunda nəzərdə tutulan müddəaları yerinə yetirib. Sənədə əsasən, müxalifətçilər ələ keçirdikləri inzibati binaları fevralın 17-dək azad etməlidirlər. Müxalifətçilər Kiyev Administrasiyasının binasında təmizlik işləri aparıb, əşyalarını "Oktyabr" sarayına və "Ukrayna Evi"nə yerləşdiriblər. Bununla belə, fəallar etirazlarını Kiyev Administrasiyası qarşısında davam etdirəcəklər. Bundan başqa, "Amnistiya haqqında" qanuna uyğun olaraq, müxalifət qüvvələri Ternopol, İvano-Frankovsk, Lvov və Poltava vilayətlərinin Administrasiya binalarının mühasirəsini də aradan qaldırıb. Qeyd edək ki, müxalifət Kiyev Şəhər Administrasiyasının binasını Ukrayna rəhbərliyinin Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasından imtina etməsinə etiraz olaraq, keçirilən etiraz aksiyaları zamanı ötən il dekabrın 1-də ələ keçirmişdi.
Sizin Reklam Yeriniz