Əlaqə Arxiv
news Image
2014.02.16
17:31
| A A A
Həftənin ilk gününə olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəsmi saytında verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Sizin Reklam Yeriniz