Əlaqə Arxiv
news Image
2014.02.17
12:08
| A A A
9522 bakalavr ərizəsini təsdiqləyib

Cari tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Movqe.az-a verilən xəbər görə, bu gün saat 11:00-a qədər 9522 bakalavr internetlə elektron ərizəsini təsdiqləyiblər. Bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını 2014-cü il fevralın 20-dək olan təsdiq edə biləcəklər. Bildirilib ki, qaydalara uyğun olaraq bakalavr fevralın 11-dən etibarən TQDK-nın müvafiq internet səhifəsinə daxil olur və şəxsiyyət vəsiqəsindən və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsilə əldə etmək olar. Bakalavrlar mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Sizin Reklam Yeriniz