Əlaqə Arxiv
news Image
2014.02.17
16:19
| A A A
Ermənilər azərbaycanlı nazirin ata yurdundan film çəkdi - VİDEO

Film Ş.Mustafayevin ailəsi və uşaqlıq həyatından bəhs edir. 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2008-ci il oktyabrın 31-də İqtisadi İnkişaf naziri təyin edilib. 


22 oktyabr 2013-cü ildən iqtisadiyyat və sənaye naziridir.

Sizin Reklam Yeriniz