Əlaqə Arxiv
news Image
2014.02.17
21:28
| A A A
Şəki Penitensiar Müəssisəsində kiçik rəis heyətinə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində kiçik rəis heyətinə qulluğa qəbul olunmuş 44 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilkin hazırlıq kursunu keçərək, penitensiar müəssisələrə təyin olunmuş əməkdaşların andiçmə mərasimində Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi adından təbrik edib, gənc əməkdaşlara aparılan islahatlar, xidmətin xüsusiyyətləri barədə məlumat verərək onlara gələcək işlərində uğurlar diləyib. Daha sonra işə yeni qəbul olunmuş gənc əməkdaşlara xidməti vəsiqələr və ilkin hazırlıq kursunu bitirmələri barədə şəhadətnamələr təqdim olunub.
Sizin Reklam Yeriniz