Əlaqə Arxiv
news Image
2014.02.17
21:59
| A A A
İran Pakistana ordu yeridə bilər
Bu barədə ölkənin daxili işlər naziri bəyanat verib Iran üsyançı dəstə tərəfindən girov götürülmüş sərhədçiləri azad etmək üçün Pakistan və Əfqanıstan ərazilərinə qoşun yeridə bilər. Bu barədə İranın daxili işlər naziri bəyanat verib. Əbdülreza Rəhmani Fəzlinin Pakistana etdiyi bu xəbərdarlıq, Cəyş-əl-Ədl adlı qruplaşmanın Tvitterdə Pakistan sərhədi yaxınlığında girov götürülmüş 4 hərbçinin şəkillərini yaymasından 1 həftə sonra gəlib. Daxili işlər naziri Fəzli, dövlət kanalına verdiyi müsahibədə Pakistandan girov məsələsinə ciddi yanaşmağı bildirib. Əks təqdirdə İran Pakistan və Əfqanıstan torpaqlarında trans-sərhəd əməliyyatları həyata keçirə bilər. Hazırda rəsmi Tehran Pakistan hökümətindən girov götürülmüş sərhədçilərin aqibəti barədə rəsmi cavab gözləyir.
Sizin Reklam Yeriniz