Əlaqə Arxiv
news Image
2014.02.18
12:23
| A A A
Qar yağacaq

Hava şəraitinin arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Fevralın 19-da Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək, havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, fevralın 19-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb, şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək. Havanın temperaturunun gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da fevralın 19-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtandan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz