Əlaqə Arxiv
news Image
2014.02.18
15:57
| A A A
"Sovetski"də evləri sökülən sakinlərə martın 3-ü cavab veriləcək-YENİLƏNİB
Saat 16:00-da "Sovetski" məhəlləsinin sakinləri ilə görüş keçiriləcək

YENILƏNİB-18:30
Bakının "Sovetski" kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə martın 3-də yazılı cavab veriləcək. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib. O, sakinlərdən ibarət təşkilat komitəsinin üzvləri ilə görüş barədə də açıqlama verib: "Komitə üzvlərinin bizdən müəyyən xahişi oldu və yazılı şəkildə bizə təqdim olundu. Onlara bildirildi ki, martın 3-də həmin xahişlərin hamısına yazılı cavab veriləcək. Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orda istədiyi qədər yaşayacaq. Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq".

H.Abutalıov bildirib ki, hökumət sakinlərin indikindən daha yaxşı ərazidə və şəraitdə yaşamasına çalışır: "Həm də bu sahələr abadlaşdırılacaq, geniş yollar, gözəl istirahət zonaları salınacaq. Əmin edirəm ki, o ərazidə heç bir tikinti işləri aparılmayacaq".


****

Bir neçə dəqiqədən sonra Bakının Yasamal rayonunun icra başçısı "Sovetski" məhəlləsinin sakinləri ilə görüşəcək. İcra Hakimiyyətindən Movqe.az-a verilən xəbərə görə, bu görüşdə "Sovetski" də evləri sökülən sakinlərə veriləcək kompensasiiyanın məbləği açıqlanacaq. İcra Hakimiyyətindən bildiriblər ki, görüş saat 16:00-da 150 saylı məktəbdə keçiriləcək. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, deputatlar Ülvi Quliyev, Etibar Hüseynov, Maliyyə Nazirliyinin nümayəndəsi, ərazinin köçürülməsi üzrə komissiyanın sədri və üzvləri iştirak edəcəklər. 

Xatırladaq ki, fevralın 16-da "Sovetski" məhəlləsində (173 saylı orta məktəbin qarşısında) sakinlərin aksiyası keçirilib. Onlar evlərinin dövlət sifarişi ilə sökülməsi müqabilində təklif olunan kompensasiyanın azlığına (1 kvadratmetr üçün 1500 manat) etiraz ediblər.


Sizin Reklam Yeriniz