news Image
2014.02.18
17:14
| A A A
Azad Rəhimov vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov fevral ayının 25-də Şamaxı rayonunda Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan sakinləri qəbul edəcək. Movqe.az-ın Gənclər və İdman Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbul Şamaxı Olimpiya Mərkəzində (Şamaxı şəhəri, Bakı- Qazax yolu, 48-ci məhəllə) saat 11.00-da başlayacaq. Qəbula yazılmaq arzusunda olan vətəndaşlar 18- 24 fevral tarixinədək saat 9.00-18.00 arası aşağıda qeyd olunan müvafiq rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər.