news Image
2014.02.18
19:15
| A A A
“Latviya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”

Latviyanın Azərbaycandakı səfirliyi bu ölkədə nəşr olunan "Yeni dünya coğrafiyası" dərsliyində yol verilən nöqsana münasibət bildirib.


Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis APA-ya açıqlamasında deyib ki, dərslik müstəqil nəşriyyat tərəfindən çap olunub və Latviya məktəblərində rəsmi tədris vasitəsi deyil: "Bəli, dərslikdə qeyd olunur ki, bu, tanınmayan dövlətdir və bu respublika Azərbaycan tərkibindədir. Müvafiq olaraq, Dağlıq Qarabağ barədə bütün məlumat Azərbaycan bölməsində verilir".

 

H. Baumanisin sözlərinə görə, səfirlik bu cür coğrafi ayırmaların dünya xəritələrində əks etdirilməsinin müəyyən anlaşılmazlıqlara gətirib çıxaracağı barədə nəşriyyata xəbərdarlıq edib: "Biz bunu onlara dedik və gələcəkdə bu cür səhvlərin baş verəcəyi təqdirdə də bu istiqamətdə müvafiq işlər aparacağıq".

 

Səfir vurğulayıb ki, Latviya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.