news Image
2014.02.18
18:05
| A A A
"Pussy Riot" üzvləri yenidən həbs olundu

Rusiyanın Soçi şəhərində , müxalif musiqi qrupu "Pussy Riot"un iki üzvünün , ifadələrinin alınması üçün Adler polis mərkəzinə aparıldığı deyilib.


Movqe.Az xəbər verir ki, Soçi polis məntəqəsində edilən yazılı şərhdə , Nadejda Tolokonnikova və Mariya Alyohinanın Soçidə yerləşdikləri oteldən oğurluq xəbəri edildiyi və Pussy Riot üzvlərinin ifadələrinin alınması üçün Adler polis mərkəzinə aparıldığı qeyd edilib.


Şərhdə , otelin digər müştərilərinin də ifadələrinin alınması üçün polis mərkəzinə aparıldığı bildirilib.


Pussy Riot qrupu üzvləri Alyohina və Tolokonnikova , Moskvadakı Xilaskar İsa Kilsəsində Putin əleyhinə ''qaçaq konsert '' təşkil etmişdi. Pussy Riot qrupu üzvləri , " xuliqanizmi yaymaq və dinə qarşı nifrəti qızışdırmaq " təqsirindən avqust ayında iki il həbsə məhkum edilmişdi.