news Image
2014.02.18
19:41
| A A A
“Sovetski”də heç bir tikinti işi aparılmayacaq”

"Sovetski"də heç bir tikinti işi aparılmayacaq. Bakının "Sovetski" kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə martın 3-də yazılı cavab veriləcək". APA-nın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib. O, sakinlərdən ibarət təşkilat komitəsinin üzvləri ilə görüş barədə də açıqlama verib: "Komitə üzvlərinin bizdən müəyyən xahişi oldu və yazılı şəkildə bizə təqdim olundu. Onlara bildirildi ki, martın 3-də həmin xahişlərin hamısına yazılı cavab veriləcək. Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orda istədiyi qədər yaşayacaq. Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq".

H.Abutalıov bildirib ki, hökumət sakinlərin indikindən daha yaxşı ərazidə və şəraitdə yaşamasına çalışır: "Həm də bu sahələr abadlaşdırılacaq, geniş yollar, gözəl istirahət zonaları salınacaq. Əmin edirəm ki, o ərazidə heç bir tikinti işləri aparılmayacaq".