Əlaqə Arxiv
news Image
2014.02.18
21:07
| A A A
Rza Zərrab həbsxanadan xəstəxanaya aparılıb
Türkiyədə "17 dekabr" rüşvət əməliyyatı nəticəsində həbs edilən iş adamı Rza Zərrab xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə R.Zərrab xərçəng xəstəliyindən müayinə olunmaq üçün xəstəxanaya aparılıb.Qeyd edək ki, R.Zərrab həbs edilərkən istintaqa ifadəsində xərçəng xəstəsi olduğunu bildirmişdi. Hətta Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses də iş adamının xəstə olduğunu təsdiq etmişdi. Xatırladaq ki, Rza Zərrabın gecə xəstəxanada qalıb-qalmayacağı hələlik bilinmir.
Sizin Reklam Yeriniz