Gecəboyu mövqelərimiz 22 dəfə atəşə tutulub
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə
Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə,
cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.